Cənubi Sudan Beynəlxalq Valyuta Fondu və Dünya Bankına üzv olub
19 aprel 2012 08:08 (UTC +04:00)
Bakı - APA-Economics. Cənubi Sudan Beynəlxalq Valyuta Fonduna (BVF) və Dünya Bankına (DB) üzv qəbul edilib.
“APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bununla əlaqədar müvafiq sənədlərin imzalanması mərasimi Vaşinqtonda baş tutub.
Mərasimdə yeni yaranmış dövlətin maliyyə naziri Kosti Manibe Nqai iştirak edib. Onun sözlərinə görə, Cənubi Sudan BVF və DB-nin 188-ci üzvü olub.
Qeyd edək ki, 2011-ci ildə Sudanın cənubunda keçirilən referendumda əhali bölgənin müstəqilliyinə səs verib. Bu nəticədən narazı qalan vahid Sudanın rəhbərliyi məsələni hərbi yolla həll etmək istəsə də, uğur qazana bilməyib və dünya birliyi Cənubi Sudanın müstəqilliyini tanıyıb. Böyük neft yataqlarının yerləşdiyi cənub hissəsinin ayrılması Sudan iqtisadiyyatına böyük zərbə vurub. Aprelin 16-da Sudan parlamentinin qəbul etdiyi qətnamə ilə Cənubi Sudan “düşmən dövlət” elan olunub.

Maliyyə
AMB-nin icraçı direktoru: Əsas məqsədimiz riskləri təkrarsığorta ilə xaricə ötürməkdir
12:47
17 may 2024
Azərbaycanda Dünya Bankının dəstəyi ilə dayanıqlı maliyyə taksonomiyası hazırlanır
11:41
17 may 2024
Taleh Kazımov: Yaşıl kreditləşmə strateji hədəflərimizdəndir
11:13
17 may 2024
"Kapital Bank" 100 milyonluq manat istiqrazı buraxmağı planlaşdırır
10:49
17 may 2024