Ermənilərin Azərbaycana köçürülməsinə dair arxiv sənədləri nəşr olunacaq

Ermənilərin Azərbaycana köçürülməsinə dair arxiv sənədləri nəşr olunacaq
# 29 oktyabr 2012 13:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin dövlət arxivlərindən Azərbaycan tarixinə aid toplanılmış materialların instituta gətirilməsi və onların çapa hazırlanması vəziyyəti barədə hesabatlar dinlənilib.

Qeyd olunub ki, təkcə 2012-ci ildə xarici ölkələrdən gətirilən sənədlər əsasında 6 sənəd toplusu çapdan çıxıb, qalan sənədlər isə çapa hazırlanır. Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımına dair sənədlər də ölkəmizə gətirilib. Həmin sənədlərin də toplu halında nəşr olunması planlaşdırılır.

Bununla yanaşı, ermənilərin Azərbaycana köçürülməsinə dair arxiv sənədləri ayrıca toplu şəklində nəşr olunacaq. Şurada qərara alınıb ki, tarixi Azərbaycan torpaqlarının tarixi keçmişi də sistemli şəkildə araşdırılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR