Binə Ticarət Mərkəzində zəhərlənənlərin sayı 80 nəfərə çatıb-YENİLƏNİB

Binə Ticarət Mərkəzində zəhərlənənlərin sayı 80 nəfərə çatıb-<font color=red>YENİLƏNİB</font>
# 16 sentyabr 2012 14:35 (UTC +04:00)
Məlumata görə, hazırda 65 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib, daha 15 nəfər isə paytaxtın digər xəstəxanalarına sövq edilib.

Zəhərlənən şəxslərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisə yerində araşdırma aparan Qaradağ rayon prokurorluğunun müstəntiqi Akif Tağıyev APA-ya deyib ki, hadisə nəticəsində ölüm halı qeydə alınmayıb: “Çoxlu sayda zəhərlənən var, lakin ölüm faktı olması barədə məlumatlar həqiqətə uyğun deyil”.

Müstəntiq deyib ki, hazırda faktla bağlı araşdırma aparılır: “Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ilkin ehtimala görə, zəhərlənmə elektrik enerjisinin kəsilməsi ilə bağlı ticarət mərkəzində quraşdırılmış generatorun texniki nasazlığı ucbatından baş verib.

***
Bakı. Hafiz Heydərov, Anaxanım Hidayətova – APA. Azərbaycanın ən böyük ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib.

APA-nın məlumatına görə, hadisə Bakıda fəaliyyət göstərən Binə Ticarət Mərkəzində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda təcilli yardım briqadaları cəlb edilib. Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generator səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generator işə salınıb. Generatorda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə xeyli sayda həkim briqadası göndərilib. Xeyli şəxsə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olanlar isə xəstəxanalara aparılıb.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Binə Ticarət Mərkəzindən xəstəxanaya zəhərlənmə diaqnozu ilə 50-yə yaxın şəxs gətirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR