Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri oktyabrın 10-da Bakıya gələcək

Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri oktyabrın 10-da Bakıya gələcək
# 28 sentyabr 2012 07:56 (UTC +04:00)
Bakı. Anaxanın Hidayətova – APA. Oktyabrın 10-da Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Arturas Jurauskas Bakıya gələcək. Bu barədə APA-ya Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, A.Jurauskas diplomatik karyerasına 1993-cü ildə Litva XİN-in konsulluq departamentində başlayıb. Hazırda isə nazirliyin hüquq və beynəlxalq müqavilələr departamentinə rəhbərlik edir.

A.Jurauskas səfir postunda Kastutis Kudzamanosu əvəzləyib. Avqustda Azərbaycandakı diplomatik missiyasını başa vuran K.Kudzamanos Litvanın Türkiyə və İrandakı səfiri (Ankarada yerləşməklə) təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR