Latviyanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Latviyanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək
# 27 iyun 2012 14:26 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Latviyanın iqtisadiyyat naziri Daniel Pavlyutas iyunun 29-da Azərbaycana səfər edəcək. Bu barədə “APA-Economics”ə Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nazir Bakıda “Crans-Montana” forumunda iştirak edəcək. Bir günlük səfər çərçivəsində D.Pavlyutas Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüş keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR