Azərbaycan prezidenti Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının vəziyyəti ilə tanış olub
27 sentyabr 2012 15:32 (UTC +04:00)
“APA-Economics”in məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarında görülmüş əsaslı təmir və yenidənqurma işlərindən sonra texniki göstəricilər barədə prezidentə məlumat verib.
Bildirilib ki, Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradacaq. Qeyd olunub ki, 2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranıb. Burada yolun genişləndirilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.
Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması və genişləndirilməsi işlərinə 2012-ci ilin iyununda başlanılıb və yenidənqurma işləri bu ilin sentyabrında başa çatıb. Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icrasına başlanılmış 9 kilometrlik Pirşağı-Zabrat yolunun yenidən qurulması isə yarımadanın şimal hissəsində yerləşən və 200 mindən çox əhalisi olan kənd və qəsəbələrin nəqliyyat əlaqəsini daha da yaxşılaşdıracaq.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

İnfrastruktur
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024
Kəlbəcərdə velosiped yolları salınacaq
11:54
3 may 2024
Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17 min nəfərə çatacaq
11:52
3 may 2024