Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin BAKI ALI NEFT MƏKTƏBİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin BAKI ALI NEFT MƏKTƏBİ
# 29 may 2012 15:22 (UTC +04:00)
Abituriyentləri 2012-2013-cu tədris ilindən başlayaraq aşağıda adları qeyd olunmuş ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil almağa dəvət edir.

Əziz dostlar! BAKI ALİ NEFT MƏKTƏBİ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-cil il tarixli Fərmanı ilə yaradılmış Dövlət Universitetidir.
Universitetə qəbul iki fakültə üzrə Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi Tələbə Qəbul üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən test imtahanlarının nəticələri əsasında həyat keçirilir.( Bütün digər universitetlərdə olduğu kimi).
1.Tədris ingilis dilində və Avropa kredit Transferi Sisteminin tələblərinə uyğun aparılacaqdır.
2.Tələbələr birinci ildə intensiv şəkildə ingilis dili və informasiya –kommunikasiya texnologiyaları tədris ediləcək,sonrakı 4 ildə isə müvafiq ixtisaslar üzrə biliklər veriləcəkdir.
3.Tədris prosesinə xarici ölkə universitetlərinin professorları cəlb olunacaqlar
4.Dərslər “hər tələbəyə -bir kompüter” prinsipi əsasında qurulmuş auditoriyalarda keçiriləcəkdir.
5.Tələbələr Dövlət Neft Şirkətinin(ARDNŞ) müəssisələrində təcrübə keçəcəklər.
6.Əlaçı tələbələr təqaüddən əlavə müavinətlər,Böyük Britaniyada və türkiyədə istehsalat təcrübəsi keçmək,xaricdə qısa müddətli təhsil almaq imkanı əldə edəcəklər.
7.Məzunlara Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomları veriləcək.
8.Məzunlar ARDNŞ-nin ölkəmizdə və xaricdə fəaliyyət göstərən strukturlarında yüksək əmək haqlı və zəmanətli işlə təmin olunacaqlar.
9.Məzunlara ARDNŞ-nin hesabına ölkəmizdə və xaricdə magistratura və doktorantura səviyyələrində təhsil almaq üçün şərait yaradilacaqdir.
Əziz dostlar daha ətraflı məlumatları Abituriyent jurnalının yeni dərc olunmuş nömrəsindən, Facebook vasitesi ilə bizdən və 521-03-66 nömrəli əlaqə telefonuna zəng edərək əldə edə bilərsiniz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR