Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 180 illik yubileyi keçiriləcək

Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 180 illik yubileyi keçiriləcək
# 12 sentyabr 2012 12:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın 180 illik yubileyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının və digər ədəbiyyatsevərlərin qatılacağı zəngin proqrama malik tədbirdə şairənin həyat və fəaliyyətindən söz açılacaq, ona həsr olunmuş səhnə və ekran əsərlərindən parçalar nümayiş ediləcək. Yubiley tədbirində eyni zamanda şairənin sözlərinə bəstələnmiş musiqi əsərləri, o cümlədən muğam üçlüyünün ifasında nümunələr səsləndiriləcək, bədii qiraət ustalarının ifasında şeirləri oxunacaq.

Tədbir sentyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qeyd edək ki, görkəmli şairənin yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2012-ci il tarixli Sərəncamına əsasən keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR