Gülər Əhmədovanın diaqnozu açıqlanıb

Gülər Əhmədovanın diaqnozu açıqlanıb
# 28 sentyabr 2012 16:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Millət vəkili Gülər Əhmədovaya insult diaqnozu qoyulmayıb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib.

Onun sözlərinə görə, bu gün Gülər Əhmədovanın səhhəti ilə bağlı stansiyaya iki dəfə çağırış edilib, həkimlər çağırışa gedib. Üçüncü dəfə isə saat 17.17-də stansiya tərəfindən G. Əhmədovanın evinə həkim göndərilib: “Birinci çağırışda Gülər Əhmədovaya beyin-qan dövranının keçib gedən pozulması, sonuncu dəfə isə ona gərginlik fonunda gedən nevrotik reaksiya diaqnozu qoyulub. Gülər Əhmədovanın yanından gələn həkim onda heç bir insult əlamətinin olmadığını qeyd edib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR