Qazaxda sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda treninq keçirilib

Qazaxda sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda treninq keçirilib
# 01 oktyabr 2012 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün «Ekoloji təmiz kənd təsərrüfatı» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə «Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları» mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR