Akademik Milli Dram Teatrında “Don Juan və həndəsə” tamaşasının premyerası keçiriləcək – FOTOSESSİYA

Akademik Milli Dram Teatrında “Don Juan və həndəsə” tamaşasının premyerası keçiriləcək – <font color=red>FOTOSESSİYA </font>
# 15 fevral 2012 10:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Akademik Milli Dram Teatrında M. Frişin “Don Juan və ya həndəsəyə məhəbbət” əsəri əsasında hazırlanan “Don Juan və həndəsə” adlı tamaşanın premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 18-də premyerası keçiriləcək tamaşanın quruluşçu rejissoru Kote Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının baş rejissoru Levan Tsuladzedir. Bu tamaşa Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.

Bəlli olduğu kimi, ötən il Akademik Milli Dram Teatrı GUAM ölkələrinin teatr əməkdaşlığı ilə bağlı böyük miqyaslı layihə həyata keçirməyə başlayıb. Layihə Gürcüstan, Ukrayna və Moldova teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini, müştərək tamaşaların hazırlanmasını, qarşılıqlı qastrol səfərlərini, rejissor və aktyor mübadiləsini, texniki heyət üzvlərinin təcrübə keçmələrini, Azərbaycan dramaturqlarının əsərlərinin GUAM ölkələrinin teatrlarında səhnəyə qoyulmasını, həmçinin milli səhnəmizdə Gürcüstan, Ukrayna və Moldova klassik və müasir dramaturgiyası nümunələrinin təcəssümünü, bütün sahələrdə qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR