Rəcəb Tayyib Ərdoğan: “Son bir ayda 500 terrorçu öldürülüb”

Rəcəb Tayyib Ərdoğan: “Son bir ayda 500 terrorçu öldürülüb”
# 17 sentyabr 2012 13:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Dənizli şəhərində yeni tədris ilinin açılış mərasimində çıxış edən R. T. Ərdoğan bildirib ki, PKK silahı yerə qoysa, dövlət əməliyyatları dayandıracaq: “Nə qədər ki, terrorçuların əlində silah var, əməliyyatlar davam edəcək. Hakkaridə son 10 gündə 123 terrorçu zərərsizləşdirilib.
Fevral-avqust ayları ərazində 373 terrorçu zərərsizləşdirilib. Son bir ayda aparılan əməliyyatlar nəticəsində isə təxminən 500 terrorçu məhv edilib. Biz bir yandan ölkəni inkişaf etdirəcək, digər yandan da terror təşkilatına qarşı yorulmadan, qətiyyətlə mübarizə aparacağıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR