Sankt-Peterburq-Bakı aviareysi təyyarənin dəyişdirilməsi səbəbindən naməlum vaxtadək təxirə salınıb

Sankt-Peterburq-Bakı aviareysi təyyarənin dəyişdirilməsi səbəbindən naməlum vaxtadək təxirə salınıb
# 20 aprel 2012 09:23 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

«Bakı vaxtı ilə bu gün saat 12:00-da Sankt-Peterburq-Bakı aviareysi üzrə Azərbaycan paytaxtına enməli təyyarə hələ Sankt-Peterburqdan havaya qalxmayıb. Lakin indiyədək təyyarə hələ də Sankt-Peterburq hava limanındadır», - deyə aeroportdan bildirilib.

Bakı hava limanından həmçinin qeyd olunub ki, ümumiyyətlə aviareysin ləngiməsi sözügedən marşrut üzrə uçacaq təyyarənin dəyişdirilməsi ilə əlaqədardır.

Öz növbəsində «Pulkovo Hava Yolları»nın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə bildirilib ki, bu marşrutla təyyarə havaya qalxıb, lakin sonra sərnişinlərdən birinin özünü pis hiss etməsi səbəbindən yenidən Sankt-Peterburq aeroportuna qayıdıb.

Qeyd edək ki, hazırda təyyarənin nə vaxt havaya qalxacağı bilinmir. Aviareys «Airbus A-319» təyyarəsi ilə yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR