Azərbaycanda 27 yaşlı qadın özünü öldürüb

Azərbaycanda 27 yaşlı qadın özünü öldürüb
# 05 mart 2012 08:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Salyan rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Səbahət Cümşüd qızı Babayeva yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR