Qənirə Paşayeva Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Qənirə Paşayeva Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
# 28 sentyabr 2012 07:28 (UTC +04:00)
Bakı – APA. Milli Məclisin deputatı Qənirə Paşayeva sentyabrın 28-dən oktyabrın 2-dək Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyasının tərkibində Gürcüstanda səfərdə olacaq.

APA-nın xəbərinə görə, müşahidə missiyasının üzvləri oktyabrın 1-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək, bununla bağlı sənəd hazırlayaraq Avropa Şurasının müvafiq qurumlarına təqdim edəcəklər.

Missiya üzvlərinin seçkiləri müşahidə edəcək QHT və KİV nümayəndələri ilə də görüşləri nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR