ETTELAAT rəhbəri: “İranda nüvə alimlərinə qarşı törədilmiş sui-qəsdlərdə ABŞ, Böyük Britaniya və İsraillə yanaşı, Almaniya və Fransanın da əli var”

ETTELAAT rəhbəri: “İranda nüvə alimlərinə qarşı törədilmiş sui-qəsdlərdə ABŞ, Böyük Britaniya və İsraillə yanaşı, Almaniya və Fransanın da əli var”
# 07 iyul 2012 20:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranda nüvə alimlərinə qarşı törədilmiş sui-qəsdlərdə ABŞ, Böyük Britaniya və İsraillə yanaşı, Almaniya və Fransanın da əli var”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehi bildirib. Onun sözlərinə görə, Qərb ölkələrinin kəşfiyyat orqanları İrana qarşı əməliyyatlarda bir-birlərinin informasiya mənbələrindən istifadə edirlər: “ABŞ, Böyük Britaniya, İsrail, Almaniya, Fransa və bəzi region ölkələrinin kəşfiyyat orqanları arasında əlaqələr var. Onlar İrana qarşı təxribat törətmək planlarında bir-birilərini dəstəkləyirlər”.

Qeyd edək ki, İranda 5 nüvə alimi sui-qəsd nəticəsində qətlə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR