Dow Jones indeksi 0,1% enib, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,2%, Nasdaq 0,4% yüksəlib
# 24 may 2012 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 496 bəndədək enib, S&P 500 0,2% - 1 319 bəndədək, Nasdaq isə 0,4% - 2 850 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici amillər, o cümlədən Yunanıstanın Avrozonadan çıxma ehtimalları və ümumiyyətlə Yunanıstanın borc böhranı təsir edib.

Avropa fond bazarlarında mayın 23-də FTSE 100 indeksi 2,5% - 5 266 bəndədək, Almaniya DAX-ı 2,3% - 6 286 bəndədək, Fransa CAC-40-ı 2,6% - 3 003 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 559,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2574 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR