“Azərbaycan Respublikasının Milli İxtisas Dərəcələri Çərçivəsi” hazırlanır

“Azərbaycan Respublikasının Milli İxtisas Dərəcələri Çərçivəsi” hazırlanır
# 15 mart 2012 11:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “Azərbaycan Respublikasının Milli İxtisas Dərəcələri Cərçivəsi” (MİDÇ) hazırlanır. APA-nın məlumatına görə, Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili sahəsi üzrə 2011-ci ildə görülmüş işlərə dair hesabatda bildirilir ki, MİDÇ hazırlanması istiqamətində müəyyən işlər görülüb. Hesabata əsasən, beynəlxalq ekspertlə birlikdə MİDC-nin işlənib hazırlanması proseduru, prioritetlər, çərçivə ilə bağlı qərar vermə səlahiyyəti olan qurumların rolu, başlıca texniki məsələlər, MİDÇ ilə hazırda mövcud olan sistemlər arasında əlaqələr müəyyən edilib. Bütün bunları əhatə edən “İlkin hesabat” və Milli ixtisas dərəcələrinin çərçivəsi hazırlanıb və ekspertizadan keçmək ucun Avropa Şurasına təqdim olunub. Hesabatda bildirilir ki, şura tərəfindən ekspert təyin olunub və yaxın vaxtlarda həmin sənəd ekspertizadan keçəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR