Milli Məclis “Silahlı Qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun qəbul edəcək
25 sentyabr 2012 14:53 (UTC +04:00)
Bu barədə APA-ya MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, qanun özündə Müdafiə Nazirliyindən başqa digər qurumların tabeçiliyində olan qoşun növləri ilə bağlı məsələləri ehtiva edəcək: “Azərbaycanda Sərhəd Qoşunları, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyinin tərkibindəki hərbi birləşmələr və s. yaradılıb. Bu qanun Silahlı Qüvvələr dedikdə onun əhatə dairəsinə daxil olan strukturları - dövlət qurumları ilə bağlı məsələləri özündə əks etdirəcək”.
Sənəd layihəsi ilə bağlı bir müvafiq təşkilatdan başqa bütün digər qurumlar razılıq məktubunu verib. Yaxın günlərdə həmin qurum da müvafiq rəy məktubunu təqdim edəcək. Z. Oruc bildirib ki, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsi MM-in Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və parlamentin plenar sessiyasına tövsiyə edilib.

Daxili siyasət
Milli Məclisin sədri: Azərbaycan dostluq şəraitində yaşayan müxtəlif etnik və dini qrupların evidir
10:53
2 may 2024
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
15:57
1 may 2024
Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb
13:13
1 may 2024
MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq
12:19
1 may 2024