Əli Əkbər Salehi: İranla “altılıq” ölkələri arasında keçiriləcək yeni müzakirələrin yaxşı nəticə verəcəyini düşünürəm

Əli Əkbər Salehi: İranla  “altılıq” ölkələri arasında keçiriləcək yeni müzakirələrin yaxşı nəticə verəcəyini düşünürəm
# 07 aprel 2012 22:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında müzakirələrin keçiriləcəyi yeri İranın Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili açıqlayacaq”. APA-nın “İRNA”-ya istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, S. Cəlili yaxın zamanda İranla “altılıq” ölkələri arasında müzakirələrin harada keçiriləcəyini elan edəcək: “Müzakirələrin keçiriləcəyi tarix isə daha öncədən müəyyən edildi. Düşünürəm ki, əvvəlki görüşlərdən fərqli olaraq, yeni müzakirələr yaxşı nəticə verəcək və bu məsələdə bir addım irəli atılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR