TANAP kəmərinin tikintisi 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində başa çatacaq
16 oktyabr 2012 08:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda hasil olunan qazın Avropa bazarına çıxarılması üçün nəzərdə tutulan Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi işləri 2013-cü ildə başlanacaq. İnşaat işlərinin 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Yəni, «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi işə düşəndə buradan çıxarılan qazın nəqli üçün TANAP kəməri hazır olacaq. «APA-EConomics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İnvestorlarla əlaqələr Departamentinin direktoru Pərviz Babayev bildirib.
Onun sözlərinə görə, gələcəkdə digər yataqlardan çıxarılan qazın nəqlini də təmin etmək üçün TANAP kəmərinin nəqletmə imkanları genişləndirilə bilər. «Layihəyə Azərbaycan və Türkiyə hökumətləri tərəfindən böyük dəstək verilir», - deyə P.Babayev bildirib.
ARDNŞ rəsmisi edib ki, bu boru kəməri Türkiyədə 27 bələdiyyənin ərazisindən keçir.

Sənaye və energetika
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024
Azərbaycanda əmtəəlik neftin hasilatı azalıb, qaz isə artıb
13:36
16 may 2024