Sinqapurda AİB-in Asiya İqtisadi İnteqrasiya Monitorinqi keçiriləcək

Sinqapurda AİB-in Asiya İqtisadi İnteqrasiya Monitorinqi keçiriləcək
# 12 iyul 2012 13:24 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 19-da Asiya İnkişaf Bankı (AİB) Sinqapurda Asiya İqtisadi İnteqrasiya Monitorinqinə başlayır.

Bankın Azərbaycandakı nümayəndəliyindən “APA_Economics”ə verilən məlumata görə, AİB yeni altı aylıq Asiya İqtisadi İnteqrasiya Monitorinqində qlobal iqtisadi yavaşlama, eləcə də Asiyanın perspektivləri və inteqrasiya formaları perspektivində Asiya iqtisadiyyatına baxışı müzakirə edəcək. Bu zaman ticarət əlaqələri, valyuta əməkdaşlığı, istehsal şəbəkələri də daxil olmaqla maliyyə bazarları və əməyin mobilliyi kimi geniş məsələlərə də nəzər yetiriləcək.

AİB-in Regional İqtisadi İnteqrasiya departamentinin rəhbəri Dr. İvan Azis Sinqapurda “Fullerton” otelində keçiriləcək dəyirmi masada regionun iqtisadiyyatı haqqında hesabatla çıxış edəcək və sualları cavablandıracaq.

Qeyd edək ki, 1966-cı ildə yaradılmış AİB-ə 67 üzv ölkə daxildir, onlardan 48-i regionda yerləşir. Baş ofisi Manilada yerləşən AİB-in birgə maliyyələşdirməsi 2011-ci ildə 21,7 mlrd. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR