Gürcüstan vətəndaşı Azərbaycanda həbs edilib

Gürcüstan vətəndaşı Azərbaycanda həbs edilib
# 07 iyul 2012 07:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşı həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Koba Kvaxadzedən 1 qramdan artıq heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, iyunun 24-dən 28-dək olan müddətdə A. Mustafayev küçəsində yaşayan Talıb Qasımovun evindən qıfılı sındırma yolu ilə suvenir, iyunun 28-də İ. Həmid küçəsində yaşayan Ramin Xəlilovun evindən qıfılı sındırma yolu ilə 1000 manat, qızıl zinət əşyaları oğurlayıb. İyulun 4-də isə Cavadxan küçəsində yaşayan Mehman Əşrəfovun evindən qıfılı sındırma yolu ilə oğurluğa cəhd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR