Beynəlxalq Muzeylər Gününə və “Eurovision” musiqi müsabiqəsinə həsr olunan tədbir-sərgi keçirilib

Beynəlxalq Muzeylər Gününə və “Eurovision” musiqi müsabiqəsinə həsr olunan tədbir-sərgi keçirilib
# 18 may 2012 15:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan İstiqlal Muzeyində 18 may – Beynəlxalq Muzeylər Gününə və “Eurovision” musiqi müsabiqəsinə həsr olunan tədbir-sərgi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fəridə Şəmsi deyib ki, bu bayram 1978-ci ildən etibarən hər il dünyanın 150-dən çox ölkəsində qeyd olunur: “Bu mühüm hadisə “Eurovision-2012” musiqi müsabiqəsinin keçirildiyi günlərə təsadüf etdiyindən sərgi də ““Eurovision-2012” qədim odlar diyarında” adlandırılıb”.

Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və Qərb Universitetinin dizayn fakültəsinin nümayəndələri çıxış ediblər.

Sonra sərgi ilə tanışlıq başlayıb. ““Eurovision-2012” qədim odlar diyarında” adlı sərgidə 20 yaşlı rəssamların 70-dən çox əsəri nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR