ADU-nun rektoru Koreyanın yeni səfiri ilə görüşüb - FOTO

ADU-nun rektoru Koreyanın yeni səfiri ilə görüşüb - <font color=red>FOTO</font>
# 11 sentyabr 2012 13:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Koreya Respublikasının Azərbaycana yeni təyin olumnmuş fövqəladə və səlahiyyətli səfiri Ço Suk-İnnlə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor səfiri yeni diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. S. Seyidov iki ölkə, həmçinin ADU arasındakı münasibətlərin tarixi köklərə malik olduğunun bildirib. O, Koreyanın ölkəmizdəki səfirliyi ilə qarşılıqlı əməkdaşlıq edildiyini və birgə tədbirlərin həyata keçirildiyini vurğuladı. Koreya ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini deyən S. Seyidov ADU-da 40-dək tələbənin Koreya dili ixtisasında təhsil aldığını qonağın nəzərinə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında 14 əcnəbi dilin, o cümlədən yəhudi, ərəb, yapon, Çin, malay dillərinin də tədris olunduğunu qeyd edib.

Koreyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ço Suk-İnn diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb. O, ADU-da Koreya mərkəzinin mövcudluğundan və dilinin tədrisindən məmnun qaldığını bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi və tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi də aparılıb.

Qeyd olunub ki, ADU-da Koreya dili 1994-cü ildən tədris olunur. ADU-da Koreya dili kafedrası fəaliyyət göstərir və kafedrada koreyalı müəllimlər çalışır.

Bu günlərdə ADU-nun 2 tələbəsi Koreyadan 1 illik kurslardan qayıdıb. Universitetin daha 4 tələbəsi isə bu ay Koreyaya gedəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR