Qahirədə prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib, yaralananlar var

Qahirədə prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib, yaralananlar var
# 12 oktyabr 2012 18:34 (UTC +04:00)
Bakı-APA. Bu gün Qahirənin Təhrir meydanında 20-dən çox təşkilatın
keçirdiyi mitinq zamanı prezident Məhəmməd Mursi tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib, onlarla insan yaralanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, aksiyada iştirak edən liberallar Mursini ölkədə heç bir islahatlar aparmamaqda ittiham ediblər. Misir prezidentinin tənqid olması “Müsəlman qardaşları” tərəfdarlarının xoşuna gəlməyib və onlar dünyəvi təşkilatların qurduğu tribunanı dağıdıblar, liberal fəalları daşa basıblar. Toqquşmalar Qahirə küçələrində davam edib. Onlarla insan yaralanıb.
Baş vermiş iğtişaşlarla bağlı Misir polisi prezident iqamətgahı ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Kütləvi etiraz aksiyası Misirin İsgəndəriyyə şəhərində də keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR