İranda tanınmış azərbaycanlı siyasi fəal Abbas Lisani və daha 8 nəfər həbs olunub

İranda tanınmış azərbaycanlı siyasi fəal Abbas Lisani və daha 8 nəfər həbs olunub
# 27 sentyabr 2012 21:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Sentyabrın 27-də İranda tanınmış azərbaycanlı siyasi fəal Abbas Lisani və daha 8 nəfər həbs olunub. APA-nın məlumatına görə, onlar bir il bundan əvvəl avtomobil qəzasında həlak olmuş tanınmış azərbaycanlı siyasi fəal İbrahim Cəfərzadə, həyat yoldaşı Mina Kəhrubayi və qızları Aylanın ildönümü mərasimində iştirak etmək üçün Xoy şəhərinə gedərkən yolda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunublar. Həbsə alınan digər azərbaycanlı siyasi və mədəni fəallar - jurnalist Rəhim Qulami (Ərdəbil), Əsgər Əkbərzadə (Ərdəbil), Siyamək Mirzayi, Firidun Ağazadə (Maku), Meysəm Azadi (Muğan), Həmid Qurbanəlizadə (Meşkinşəhr (Xiyav)), Kiyanuş Tohidi və Behnam Nurməhəmmədidir. Hazırda onların harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, ötən il Cəfərzadə ailəsinin dəfn mərasimində də 60-dan çox azərbaycanlı fəal həbs olunub. Hazırda onlardan 22-nin işinə Xoy İnqilab Məhkəməsində baxılmaqdadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR