Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında 5 sənəd imzalanacaq

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında 5 sənəd imzalanacaq
# 10 sentyabr 2012 11:16 (UTC +04:00)
APA-nın “Star” qəzetinə istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək toplantıda iki ölkə arasındakı siyasi münasibətlər, hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi, ticarət, rabitə və enerji sahələrində mövcud əməkdaşlığın genişləndirilməsi, elm, mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunacaq. Tərəflər Dağlıq Qarabağ münaqişəsi və uydurma “erməni soyqırımı” məsələsi ətrafında da fikir mübadiləsi aparacaqlar. Toplantının yekununda 5 rəsmi sənəd imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR