Şamaxıda müharibə əlilinin “OKA” maşını yanıb, sürücü xəsarət alıb
02 noyabr 2012 10:27 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda avtomobil yanıb. APA-nın məlumatına görə, hadisə ötən gecə saat 00:30 radələrində Şamaxı-Qonaqkənd yolunun 22-ci kilometrliyində qeydə alınıb. Qarabağ müharibəsi əlili, 1975-ci il təvəllüdlü Ələkbərov Əkbər Ələkbər oğluna məxsus 56-BE-343 dövlət nömrə nişanlı “OKA” markalı minik maşını hərəkətdə olarkən qəflətən avtomobilin mühərriki alovlanıb. Qısa vaxt ərzində alov avtomobili tamamilə əhatə edib. Əkbər Ələkbərov həyat yoldaşını, bacısını və azyaşlı uşağını maşından çıxararkən özü müxtəlif yanıq xəsarətləri alaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Avtomobil və içərisindəki qızıl-zinət əşyaları, pensiya kartları və mobil telefon yanaraq yararsız hala düşüb. Hadisə yerinə bir yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib, yanğın söndürülüb.
Hadisə
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024
DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib
17:20
17 may 2024
Qohumuna qarşı dələduzluqda ittiham edilən təşkilat sədri saxlanılıb
16:45
17 may 2024
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib
14:44
17 may 2024