“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İstanbul şəhərində idarə heyətinin iclası keçirilib - FOTO

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İstanbul şəhərində idarə heyətinin iclası keçirilib - <font color=red>FOTO</font>
# 16 oktyabr 2012 11:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Dünyanın 25 ölkəsinin gəncini birləşdirən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İstanbul şəhərində idarə heyətinin iclası keçirilib. Sayca ikinci olan iclasda təşkilatın gündəmində olan bir sıra məsələlər müzakirə edilib. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə heyətinin iclasında təşkilatın üzvlük məsələləri, üzv ölkələrində qeydiyyatı, noyabr ayında Qazaxıstanının paytaxtı Astana şəhərində keçiriləcək üzvlər şurası və həyata keçiriləcək layihələr ətrafında geniş müzakirələr aparılıb. İdarə heyətinin təklifləri əsasında “Gənc jurnalistlər üçün beynəlxalq müsabiqə”, “Gənc şairələr müsabiqəsi”, ilin sonuna qədər hər ay bir üzv ölkədə təşkil olunmaqla idman tədbirləri, hər il bir üzv ölkədə keçirilməklə gənclər festivalı nəzərdə tutulub. Görüşdə eləcə də tarixi ipək yolu üzərində yerləşən ölkələrin hər birinə səyahət edərək tarixən mövcud olmuş ticarət karvanı ideyasını yenidən canlandıracaq gənclərdən ibarət “Mədəniyyət karvanı” və sair kimi layihələr qəbul olunub. Həmçinin regional nümayəndəliklərin açılması üzrə hazırlıq işlərinə start verilib.

Qeyd edək ki, gələn ay Astanada keçirilək üzvlər şurası zamanı idarə heyətinin iclasının nəticələri əsasında ittifaqın cari məsələləri təsdiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR