Ramil Qasımov “Nizami” operasından Nizaminin ariyasını lentə aldırıb

Ramil Qasımov “Nizami” operasından Nizaminin ariyasını lentə aldırıb
# 10 oktyabr 2012 13:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanlı vokalçı Ramil Qasımov Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar “Nizami” operasından Nizaminin ariyasını lentə alıb.

R.Qasımovun dediyinə görə, Əfrasiyab Bədəlbəylinin 1941-ci ildə yazdığı unudulmuş “Nizami” operasından Nizaminin ariyasını maestro Niyazinin adını daşıyan Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestri ilə lentə aldırıb.

Dirijor əməkdar incəsənət xadimi Azad Əliyev və səs rejissoru Faiq Babayevdir: “Ölkə rəhbəri cənab prezidentin dahi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar sərəncamı hər bir yaradıcı insanı, o cümlədən də məni sevindirir. Öhdəmə düşən və bacardığım qüvvədə böyük şairə hörmət və ehtiram əlaməti olaraq 870 illiyi ilə əlaqədar bu ariyanı lentə almaq qərarına gəldik”.

Bundan əlavə, görkəmli bəstəkar Niyazi adına simfonik orkestrlə vokalçı Ramil Qasımov maestro Niyazinin 100 illiyi ilə əlaqədar dirijor Azad Əliyevlə qızğın məşqlər edir. Yeni buraxılacaq CD topluda maestro Niyazinin adını daşıyan AzTV-nin Simfonik orkestrinin müşayiəti ilə Azərbaycan və Qərbi Avropa əsərləri yazılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR