Dow Jones indeksi 2,2%, S&P 500 2,5%, Nasdaq 3,0% yüksəlib

Dow Jones indeksi 2,2%, S&P 500 2,5%, Nasdaq 3,0% yüksəlib
# 02 iyul 2012 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 29-da Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 12 880 bəndədək, S&P 500 2,5% - 1 362 bəndədək, Nasdaq isə 3,0% - 2 935 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə Avropanın aparıcı ölkələrinin başçılarının regionda maliyyə və borc böhranı ilə mübarizə istiqamətində bir neçə ciddi birgə addımların atılması barədə razılığa gəlməsindən sonra baş verib. Belə ki, region bankları üzrə vahid nəzarət mexanizminin yaradılması, problemli bankların birbaşa rekapitallaşması, problemli ölkələrin borc öhdəliklərinin Avropanın maliyyə sabitliyi fondu tərəfindən alınması və sair addımlar barədə qərarlar qəbul edilib.

Avropa fond bazarlarında iyunun 29-da FTSE 100 indeksi 1,4% - 5 571 bəndədək, Almaniya DAX-ı 4,3% - 6 416 bəndədək, Fransa CAC-40-ı 4,8% - 3 197 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,3% artaraq 1 604,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2666 (+0,5%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR