Elnur Aslanov: “ATƏT-in Minsk Qrupu münaqişənin həllində daha fəal olmalıdır”

Elnur Aslanov: “ATƏT-in Minsk Qrupu münaqişənin həllində daha fəal olmalıdır”
# 31 oktyabr 2012 17:07 (UTC +04:00)
Biz bunu dəfələrlə bəyan etmişik”. APA-nın məlumatına görə, bunu
Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib. Onun sözlərinə görə, Minsk Qrupu Ermənistanı bilavasitə Azərbaycan ərazilərini işğaldan azad etməyə vadar etməlidir: “Nəinki Minsk Qrupu, eləcə də bu qrupa daxil olan ölkələr aktivlik göstərməlidirlər. Biz bununla bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə səslənmişik. BMT xartiyasının, ərazi bütövlüyünün pozulmasına, beynəlxalq hüquqa zidd olan addımların atılmasına, bir dövlət tərəfindən başqa bir dövlətə qarşı təcavüzün həyata keçirilməsinə son qoyulmalıdır. Necə olur ki, bir halda BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi bir neçə saat ərzində həyata keçirilir? Çox təəssüflər olsun ki, illərdir ki, Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bircə cümləsi də yerinə yetirilmir”.

E. Aslanov, həmçinin əlavə edib ki, bir çox dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində passiv mövqe nümayiş etdirirlər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR