Britaniyalı diplomatlar İsa Qəmbər və Əli Kərimli ilə görüşüblər

Britaniyalı diplomatlar İsa Qəmbər və Əli Kərimli ilə görüşüblər
# 20 iyun 2012 16:51 (UTC +04:00)
Bakı – APA. Bu gün Müsavat Partiyasının qərargahında Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzim Asiya direktoratlığının nümayəndəsi Alan Parfitt və səfirliyin nümayəndəsi Endryü Harvey Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüşüblər.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının durumu, vicdan məhbusları və digər məsələlər müzakirə olunub.

Müsavat Partiyası və AXCP-nin platformaları, hər iki partiya liderinin indiki vəziyyətə və gələcəyə dair baxışları haqda fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR