Azərbaycan Diplomatik Akademiyasının nümayəndə heyəti Brüsseldə səfərdə olub - FOTO
22 oktyabr 2012 13:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti NATO-nun İctimai Diplomatiya Bölməsinin proqramında iştirak etmək üçün NATO Mənzil Qərargahına səfər edib. Azərbaycanın NATO yanında daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, ADA-nın nümayəndə heyətinə diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr proqramının (MADIA) 27 nəfər tələbəsi daxil olub.
Səfərin birinci günündə tələbələrə NATO-nun ekspertləri tərəfindən NATO tərəfdaşlıqları, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər sahələr üzrə brifinqlər verilib, Azərbaycanın NATO yanında Nümayəndəliyinin əməkdaşları ilə görüş təşkil edilib. Səfərin ikinci günündə ADA nümayəndə heyətinə NATO-nun Hərbi Qərargahında (SHAPE) brifinqlər verilib və sonra nümayəndə heyəti Azərbaycanın Belçikadakı Səfirliyi tərəfindən Avropa Parlamentində parlament üzvləri ilə təşkil edilmiş görüşdə iştirak edib. Tələbələr brifinq və görüşləri maraqla qarşılayıb, interaktiv sessiyalarda fəal iştirak edib və səfəri NATO ilə əlaqəli məsələlər üzrə biliklərini artırmaq baxımından əhəmiyyətli hesab ediblər.
ADA nümayəndə heyətinin Brüsselə səfəri NATO İctimai Diplomatiya Bölməsinin və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutub.

Xarici siyasət
Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyi qeyd edilib
15:58
10 may 2024
Ceyhun Bayramov sülh danışıqlarına dəstəyə görə Qazaxıstana təşəkkür edib
15:39
10 may 2024
Mirzoyan: Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib
15:37
10 may 2024
ABŞ və Ukraynanın Azərbaycandakı səfirləri görüşüb
15:34
10 may 2024