Seyf əl-İslam məhkəməsinin Haaqada keçirilməsini tələb edir

Seyf əl-İslam məhkəməsinin Haaqada keçirilməsini tələb edir
# 31 iyul 2012 23:54 (UTC +04:00)
Bakı-APA. Devrilmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam məhkəməsinin Liviyada keçirilməsinə etiraz edib.
APA-nın bbc.com saytına verdiyi xəbərə görə, onun vəkillərinin Beynəlxalq cinayət məhkəməsinə verdiyi bəyanatda deyilir ki, Liviyada məhkəmə prosesin keçirilməsi Seyf əl-İslamın qətlə yetirilməsinə bərabərdir. Seyf əl-İslam məhkəməsinin Haaqada keçirilməsinin tərəfdarıdır.
Qeyd edək ki, Seyf əl-İslam keçən ilin noyabrında həbs olunub. O Liviyanın qərbindəki Zintan həbsxanasında saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR