Moskvada azərbaycanlı tələbəni qətlə yetirən şəxs polisə təslim olub

Moskvada azərbaycanlı tələbəni qətlə yetirən şəxs polisə təslim olub
# 01 noyabr 2012 11:45 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən şəxslərdən Andrey Alyoxin könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub: “Alyoxin KİV-də axtraışda olması barədə məlumatı görüb və müstəntiqin yanına gələrək cinayətdə iştirak etdiyini söyləyib”.

Qeyd edək ki, bu ilin sentyabrın 5-də polis əməkdaşları Dmitri Kolotovkin, Aleksandr Vlasenko, Artyom Skubakdır və onların tanışı, yol müfəttişi vəzifəsində staj keçən Andrey Alyoxin Azərbaycan vətəndaşı Seymur Ağahüseyn oğlu Ağayevi girov götürüblər. Dəstə Seymuru şəhər kənarında yerləşən əraziyə gətirərək, onu 77 bıçaq zərbəsi ilə qətlə yetirib. Onlar qətli törətdikdən sonra S. Ağayevin qiyməti 100 min ABŞ dollarından yüksək olan “BMW-GT” markalı maşınını qaçırıblar. Dəstə üzvləri mərhumun ailəsinə zəng edərək, yalandan onun sağ olduğunu deyib, girovun azad edilməsi müqabilində 150 min avro pul tələb ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR