Azərbaycanın xarici dövlət borcu 25% artıb

Azərbaycanın xarici dövlət borcu 25% artıb
# 12 mart 2012 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın xarici dövlət borcunun həcmi 2012-ci il yanvar ayının 1-nə 4 816,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 24,9% çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 9,6%-ə bərabər olub, bu da 2011-ci ilin yanvar ayının əvvəli ilə müqayisədə 2,4 faiz bəndi çoxdur.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda ÜDM istehsalı 0,1% artaraq 50,1 mlrd. manata çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR