Rusiya Federasiya Şurasının sədri: “MDB məkanında rus dilinə rəqib dillər və mədəniyyətlər var”

Rusiya Federasiya Şurasının sədri: “MDB məkanında rus dilinə rəqib dillər və mədəniyyətlər var”
# 19 iyun 2012 14:57 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. “MDB məkanında rus dilinə rəqib dillər və mədəniyyətlər var. Ona görə də, vəziyyət rus dili və mədəniyyətinin yayımını gücləndirməyi tələb edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İnteqrasiya klubunun plenar iclasında deyib. Onun sözlərinə görə, sovet məkanı dağıldıqdan sonra 50 milyondan çox insan rus dilini ünsiyyət dili kimi itirib. Bu, çox böyük problemdir. Sözsüz ki, rus dilinin inkişafı naminə ölkə daxilində və postsovet məkanında nazirliklər və yaxud ictimai qurumlar səviyyəsində iş görülür, ancaq təhsilsiz, yarımçıq və sistemsiz iş aparılır. Ona görə də, bu sahədə ciddi fəaliyyətə ehtiyac var”.
V. Matviyenko İnteqrasiya klubunda səslənən təkliflərin hər birinə təcrübi şərait yaradılacağını söyləyib. O, Rusiya Federasiya Şurasının bu məsuliyyəti üzərinə götürərək rus dilinin inkişafının əsas aparıcı qüvvəsi olacağını söyləyib.
İclasda çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri kimi fondun il ərzində inteqrasiya sahəsində 100-dək layihə həyata keçirdiyini söyləyib. Səfir MDB üzvü olan Ukrayna və Moldovanın hələ də fonda üzv olmadığını bildirib.
İclasda “Russkiy Mir” Fondunun sədri, deputat Vyaçeslav Nikonovun rəhbərliyi ilə aparılan araşdırma nəticəsində MDB-nin bütün ölkələrində əhalinin 99 faizini rus dilini öyrənmək istəyi olduğu açıqlanıb. Həmin araşdırmaya görə, ən az göstərici Gürcüstanda qeydə alınıb ki, bu da 91 faiz təşkil edib.
Qeyd edək ki, İnteqrasiya klubu ətrafında rusiyalı ziyalıları, MDB ölkələri səfirlərini və milli məsələlər üzrə nüfuzlu dövlət məmurlarını birləşdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR