Belarusda MDB-nin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclası keçiriləcək

Belarusda MDB-nin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclası keçiriləcək
# 23 may 2012 13:34 (UTC +04:00)
Bakı. - APA-Economics. İyunun 4-7-də Minsk (Belarus) şəhərində MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın 32-ci iclası keçiriləcək.

APA-Economics”in xəbərinə görə, toplantı ərəfəsində müvafiq layihə, sənəd və qərarların razılaşdırılması üçün şuranın işçi qruplarının görüşləri keçirilir.

İclasın gündəliyinə 2011-2015-ci illərdə Belarusda dövlət şəhərsalma siyasətinin əsas istiqamətləri, inşaat materialları sənayesinin inkişafı, seysmik tikinti sahəsində normativ bazanın təkmilləşdirilməsi, Qazaxıstanın yaşayış fondunun rekonstruksiyası təcrübəsi, tikintidə enerjiyə qənaət və bərpaolunan enerji mənbələrindən istifadə və s. məsələlər müzakirə olunacaq.

Bundan başqa, görüşdə Şuranın Katibliyinin və Komissiyanın fəaliyyəti haqqında hesabat dinləniləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR