Yunanıstanda işsizlik 24,4%-ə çatıb

Yunanıstanda işsizlik 24,4%-ə çatıb
# 06 sentyabr 2012 22:45 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda işsizlik 24,4%-ə çatıb. Bu, keçən ilki analoji rəqəmdən 7,2% çoxdur. Yunanıstan Statistika İdarəsinin məlumatına görə, işsizlik son 2 ayda 0,9% artıb.

Ölkədə işləyənləri sayı 3 milyon 766 min 415, işsizlərin sayı isə 1 milyon 216 min 410 nəfər olaraq açıqlanıb.

Məlumata görə, Yunanıstanda işləməyən və fəal olaraq iş axtarmayanların sayı isə 3 milyon 372 min 97 nəfərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR