Misir Mərdanov: “Məktəbə məbəd kimi baxırıq, məbədə də hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”

Misir Mərdanov: “Məktəbə məbəd kimi baxırıq, məbədə də hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”
# 10 sentyabr 2012 07:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycanda orta məktəb müəllimləri xüsusi proqram əsasında işə qəbul olunurlar. Bu il orta məktəblərdəki vakant yerlərə 16 mindən çox namizəd sənəd verib. Artıq onlardan 3000 nəfərə yaxını işə qəbul olunub. Bu gün məktəbə göndərdiyimiz müəllimi kompüter vasitəsilə, ədalətli qaydada seçirik”. APA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. O, orta məktəb müəllimlərinin işə götürülməsi prosesinə qarışmadığını deyib: “Komissiya var, proqram var, müəllim olmaq istəyən hər kəs sənədlərini təqdim edərək internet vasitəsilə imtahan verib arzu etdiyi yerlərdən birini tuta bilir. Əgər tuta bilməzsə, yenidən hazırlaşsın və gələn il yenidən imtahan versin. Bu gün biz məktəbə məbəd kimi baxırıq, məbədə də hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”.

Nazir deyib ki, Azərbaycanın bölgələrdəki orta məktəblərində hələ də vakant müəllim yerləri var: “Bu problemi bir ilə həll etmək mümkün deyil. Elə adamlar var ki, işə qəbul olunduqları yerlərə getmədilər. Çünki o yerlər onları qane etmir. Ona görə də bir-iki ilin içində bu problemi həll etmək qeyri-mümkündür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR