Azərbaycanın nəqliyyat sektorundakı müəssisələrin 90%-də həmkarlar təşkilatı yaradılıb

Azərbaycanın nəqliyyat sektorundakı müəssisələrin 90%-də həmkarlar təşkilatı yaradılıb
# 14 avqust 2012 09:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın nəqliyyat sektorunda çalışanların əsas problemləri iş şəraitinin pis olması ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, ölkənin nəqliyyat sektorundakı həmkarlar ittifaqlarının 20 mindən artıq üzvü var. Bura həm dövlət, həm özəl sektordakı təşkilatlarda çalışan işçilər, eləcə də yol servis sektorunun əməkdaşları aiddir. S.Mehbalıyev bildirib ki, özəl sektordakı nəqliyyat təşkilatlarının 85-90%-də həmkarlar ittifaqları yaradılıb: «5 il əvvəl bu təşkilat acınacaqlı vəziyyətdə idi. İndiyədək onların həm say tərkibi, həm də maliyyə imkanları artıb».

AHİK sədrinin sözlərinə görə, bu sahədə çalışan işçilərin əsas problemləri iş şəraitinin pis olması, işçilərin iş yerində zədələnməsi, əməyin mühafizəsi və s. səbəblərlə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR