«Bank of Baku» «Bolkart» istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına başlayır

«Bank of Baku» «Bolkart» istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına başlayır
# 06 sentyabr 2012 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 2012-2013 yeni tədris ili əlaqədar «Bolkart» istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin sentyabr ayının 7-dən 10-dək pul çıxaran kart sahibləri oktyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırma üzrə komissiya haqqı 2,5% təşkil edir.

Qeyd edək ki, «Bolkart» tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan 300-ə yaxın tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR