Azərbaycan Dövlət Neft Şirkətinin növbəti 25 ildə kapital qoyuluşları 33 mlrd. dollar olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin növbəti 25 ildə kapital qoyuluşları 33 mlrd. dollar olacaq
# 10 aprel 2012 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) növbəti 25 il ərzində məcmu kapital qoyuluşları 26 mlrd. manat (təxminən 33 mlrd. ABŞ dolları) həcmində qiymətləndirilir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımov qeyd edib ki, artıq ARDNŞ-in növbəti 25 il üçün inkişaf proqramı təsdiqlənib və ilkin qiymətləndirməyə əsasən, onun ümumi dəyəri 26 mlrd. manat təşkil edir: «Lakin bu rəqəm ilbəil dəqiqləşdirildiyinə görə dəyişə bilər».

Şirkət rəsmisi vurğulayıb ki, ARDNŞ-in 2011-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı audit olunmamış maliyyə hesabatı artıq hazırlanıb: «Hesabatımız artıq hazırlanıb və öhdəliyimiz olan xarici bank təşkilatlarına göndərilib. Auditin isə iyun ayının ortalarında keçirilməsi planlaşdırılır».

Bununla yanaşı S.Qasımov bildirib ki, ARDNŞ bu il üçün gəlirlər və xərclərlə bağlı hesablamaları artıq aidiyyəti dövlət qurumlarına təqdim edib. Təkcə bu il Dövlət Neft Şirkətinin kapital qoyuluşlarının 1 mlrd. manat həcmində olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR