“SW Travel” bütün dünya üzrə hotellərin onlayn bronlaşdırılması sistemini istifadəyə verib

“SW Travel” bütün dünya üzrə hotellərin onlayn bronlaşdırılması sistemini istifadəyə verib
# 26 aprel 2012 09:49 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq “SW Travel” şirkəti bütün dünya üzrə hotellərin onlayn bronlaşdırılması - “SWB2B” sistemini istifadəyə verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “SW Travel”in tərəfdaşları “SWB2B” sisteminə qoşulmaqla hotellər üzrə tam və dolğun (şəkilli və xəritəli) informasiya əldə etmək, sifarişin dərhal təsdiqini almaq, müştəri üçün loqotipli vauçeri çap etmək və öz sifarişlərinə tam nəzarət etmək imkanı qazanacaqlar.

“SWB2B” sistemi personal parola malik qeyri-məhdud agentlər yaratmaq, hotelləri ölkə, şəhər, kurort, kateqoriya və yerləşməsi üzrə axtarmaq, axtarışın nəticələrini qiymət, kateqoriya və s. göstəricilər üzrə ixtisar etmək imkanı verir. Proqramın interfeysi üç dildə - Azərbaycan, rus və ingilis dillərindədir.

Bu sistemin əsas üstünlüyü dünyanın ən yaxşı turist operatorlarının resursları ilə işləmək, bu zaman onlar qarşısında heç bir maliyyə və müqavilə öhdəliyi götürməmək imkanıdır. Bu zaman bütün iş prosesi səhv etmək imkanının azalması və mobillik əlavə olunmaqla tam avtomatlaşdırılır. Sistemə bütün gün ərzində dünyanın istənilən nöqtəsindən pulsuz qoşulmaq olar.

Bu il aprelin 12-14-də “Baku Expo Center”də keçirilmiş “Turizm və Səyahətlər Sərgisi 2012”də “Silk Way Travel” şirkəti “SWB2B” sisteminin tətbiqinə dair seminar keçirib. Layihənin rəhbəri Aleksandr Şarpar seminar iştirakçılarına “SWB2B” sisteminin üstünlüklərindən söz açıb. İştirakçılar onlayn bronlaşdırma sistemi ilə tanış olub, onun rahatlıq və funksionallığını şəxsən təcrübədən keçiriblər.

“SW Travel” şirkəti əldə etdiyi bu nailiyyətlə kifayətlənmək fikrində deyil. Yaxın vaxtlarda “SWB2B” sisteminə dünyanın istənilən nöqtəsində avtomobil kirayəsi, eləcə də istənilən aviaşirkətin biletini bronlaşdırma və yazılması xidmətləri də əlavə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR