Abşeron sakinini güllələyən şəxs həbs edilib

Abşeron sakinini güllələyən şəxs həbs edilib
# 12 mart 2012 07:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Abşeron rayon sakinini yaşadığı evin həyətində güllələyən şəxs həbs edilib. Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən bildirilib.
Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində rayonun Qobu qəsəbə sakini Dadaş Dadaşovu “Makarov” tipli tapança ilə güllələyən şəxsin, 54 yaşlı Nazim Muxtarov olduğu müəyyənləşib və o saxlanılıb.
Qeyd edək ki, məlum hadisə martın 8-dən 9-a keçən gecə rayonun Qobu qəsəbəsi, Qarayev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Dadaşov Dadaş Baba oğlu yaşadığı evin həyətində naməlum şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarasında hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR