Azərbaycanda tikintidə uçqun baş verib, ölənlər var

Azərbaycanda tikintidə uçqun baş verib, ölənlər var
# 20 iyul 2012 14:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Goranboy rayonunda uçqun olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib. Nəticədə 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölüblər. Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR