Bank Of Baku

Avropa çempionatı: İki boksçumuz yarımfinalda

Avropa çempionatı: İki boksçumuz yarımfinalda
# 21 noyabr 2026 11:32 (UTC +04:00)

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki üzvü qələbə qazanıb.

Məhəmmədəli Aşırəliyev (60 kq) Brandon Hinea Kollasosla (İspaniya) üz-üzə gəlib. Döyüş hakimlərin yekdil qərarı ilə boksçumuzun xeyrinə bitib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Aşırəliyev yarımfinalda Qavin Rayanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.

Nicat Alırzayev (70 kq) da növbəti qələbəsini qazanıb. Milli üzvü üçüncü raundda Miloş Roqanoviçi (Monteneqro) tam üstünlüklə məğlub edib. O, finala gedən yolda Cemal Cemmalla (Fransa) döyüşəcək.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 22-də olacaq.

Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı çempionata noyabrın 24-də yekun vurulacaq. Yarışda bu gün daha iki idmançımız 1/4 final döyüşünə çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR