Konqoda oğurlanmış Fransa vətəndaşı azad edilib

Konqoda oğurlanmış Fransa vətəndaşı azad edilib
# 28 may 2017 12:51 (UTC +04:00)

Bu ilin martın 1-də Konqo Demokratik Respublikasında naməlum şəxslər tərəfindən oğurlanan Fransa vətəndaşı azad edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

E. Makron Fransa vətəndaşının azad edilməsi istiqamətində çalışmış hər bir kəsə, xüsusən Konqo Demokratik Respublikasının hökumətinə təşəkkür edib.

Qeyd edək ki, Fransa vətəndaşı silahlı şəxslər tərəfindən Konqonun şərqindəki Salamabila şəhərində oğurlanıb. Onunla birlikdə bir Tanzaniya, 3 konqolu oğurlanıb. Onların hamısı Kanadanın “Banro” qızıl hasilatı şirkətində çalışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR